İzmir şəhərində baş vermiş zəlzələ səbəbindən “Göztəpə”- “Alanyaspor” görüşün təxirə salınması “Fənərbağça”nın işinə yarayıb. Belə ki, İstanbul klubu 7-ci turda qalib gələrək Super Liqada ilk pilləyə yüksəlib. UEFA Avropa Liqasında “Qarabağ”la eni qrupda mübarizə aparan “Sivasspor” isə səfərdə xal itirib.
Antalya şəhərində keçirilən qarşılaşmada yerli komanda “Fənərbağça”nı qəbul edib. Görüş qarşılıqlı hücumlarla başlayıb. İlk hissənin sonlarına yaxın meydan sahibləri azlıqda qalıb. Adis Yahoviç qırmızı vərəqə ilə cəzalanıb. Say üstünlüyü qazanan “Fənərbağça” 49-cu dəqiqədə hesabı açmağa nail olub. Enner Valensiyanın ötürməsini Ozan Tufan qolla tamamlayıb. Meydan sahibləri tezliklə tarazlığı bərpa ediblər. Buaxılan qoldan cəmi 3 dəqiqə sonra Lukas Podolski hesabı bərabərləşdirib. Göüşün sonlarında təziqi artıran “Fənərbağça” 84-cü dəqiqədə yenidən irəli çıxıb. Dieqo Perotti fərqlənib. Ikinci hissəyə əlavə olunan 6-cı dəqiqədə baş hakim bu dəfə qonaqların hücumçusu Sinan Gümüşə qırmızı vərəqə göstərib. Bu , qarşılaşmada yadda qalan sonuncu hadisə olub. Beləliklə “Fənərbağça” gərgin keçən görüşdə “Alanyaspor”a 2-1 hesabı ilə qalib gəlib.
Avroliqada “Qarabağ”la eyni qrupda mübarizə aparan “Sivasspor” səfərdə “Hatayspor”la görüşüb. İlk 10 dəqiqədə vurulan qollar matçın taleyini həll edib. Əvvəlcə . 6-cı dəqiqədə Sivas təmsilçisinin heyətində Max Qradel diqqət mərkəzinə düşüb. 2 dəqiqə sonra isə Babacide David Akintola bərabərlik qolunu vurub. “Hatayspor” – “Sivasspor” 1:1.
7 turdan sonra turnir cədvəlinə 17 xalla “Fənərbağça” başçılıq edir. Ondan 1 xal az toplayan və 1 oyun az keçirlən “Alanyaspor” ikinci yerdədir. İlk üçlüyü 13 xalla “Qalatasaray” tamamlayır.